EN

"Yağışlı və qarlı havada məktəblər onlayn təhsilə keçsin" - Ekspertdən təklif

"Hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır. Xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert dünya təcrübəsində hava şəraitinin pis olduğu günlərdə məktəblərin onlayn dərslərə keçid etdiyini deyib:


"Bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Halbuki, bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür.

Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər. Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir.

Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq".

Xalidə Gəray,
Musavat.com

Chosen
4
3
musavat.com

4Sources