EN

Oğuza güclü dolu düşüb, əkin sahələrinə ciddi ziyan dəyib

Oğuz rayonuna güclü dolu düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Xaçmaz kəndinə yağıb.

Yağan güclü dolu payızlıq əkinlərə, alma və xurma ağaclarına ziyan vurub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Chosen
7
14
ekologiya.az

10Sources