EN

Zahid Oruc: "Ölkəmiz qitələr və dövlətlər arasında körpüyə çevrilir"

"Ölkəmiz iqlim müzakirələrinə meydan olmaqla bütün qitələr və dövlətlər arasında körpüyə çevrilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu "COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr" məsələsinə həsr olunan tədbirdə çıxış edən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Deputatın sözlərinə görə, iqlim atəşkəsi çağırışının başlıca mənası Bakını sülh paytaxtına çevirməkdir:

"Biz həm coğrafi, həm də siyasi baxımdan körpü olmağa hazırıq. Yalnız neft və qazla tanınan bir ölkəni Yaşıl Azərbaycana çevirmək kursu ətrafında birləşənlərin məqsədi də bir tərəfdən Avropanın enerji təhlükəsizliyi üçün hər həftə gəlib prezident İlham Əliyevdən etdikləri xahişlərə əməl etməkdirsə, digər yandan daha məkrli planlarının qarşısını almaqdır. Çox təəssüf ki, Xəzər regionunun alternativ enerji ehtiyatlarının Avropa qitəsinə çıxarılması çoxlarını düşündürmür. Əksinə onlar istəyir ki, biz neft resurslarını dağıdaq, ümumilli sərvətlərdən məhrum olaq, yaşıl enerji sektorunu da qura bilməyək". 

Gülşən Şərif

Chosen
17
bakivaxti.az

1Sources