EN

Daşınmaz əmlak bazarındakı qiymətlər niyə əl yandırır? - SƏBƏBLƏR AÇIQLANDI

"Daşınmaz əmlak bazarındakı qiymətlər təsir edən amillər çoxdur. Onlardan biri ipotekadır. Bu sahəyə banklar daha sərfəli və daha çox vəsait təqdim elədikcə bazarda evlərin qiyməti sürətlə bahalaşır. Təsəvvür edin ki, Bakıda ipoteka predmeti olan 1 otaqlı köhnə tikililərin qiymət 140 min manata çatıb. Mərkəz ərazilərdə 1 otaqlı yeni tikililərdə isə mənzillərin qiyməti 200 min manata qədər dəyişir. İpoteka ilə 1 otaqlı mənzil almaq sərfəli deyil. Çünki, bir müddət sonra ipoteka ilə alınan 1 otaqlı mənzil ailə üzvülərinin sayı artdığından kifayət etmir. Bir neçə otaqlı mənzil almaq üçün isə vətəndaşdan ipotekanı bağlamaq tələb olunur. Ona görə də, insanlar məcbur olub Bakı ətrafında ucuz qiymətə bir neçə otaqlı mənzil almağa üstünlük veririlər".

Bunu News365.az–a müsahibəsində daşınmaz əmlak üzrə ekspert Elnur Fərəzliyev deyib. O,  bildirib ki, son yeddi-səkkiz ildə evlərin qiymətində iki dəfə bahalaşma baş verib:

“Bakıda mənzil bazarında qiymətlərin qalxıb - enməsinin digər səbəbi bölgələrdə iqtisadi vəziyyətin yaxşılaşmasıdır. Sosial-iqtisadi vəziyyət yaxşılaşdıqca paytaxta axının qarşısının müəyyən qədər alınacaq  və Bakıda və Abşeronda mənzillərə təlabatı azalacaq.  Yeni tikililərə qarşı şərtlər ağırlaşdığından, tikinti şirkətlərinin xərcləri artıb. Buna görə də çoxmərtəbəli binlarda qiymətlərin ucuzlaşacağı gözlənilmir. Son bir ildə Bakıda inşa olunan yeni tikililərin də sayı əhəmiyyətli dərəcədə azalıb. Əmlak bazarında qiymət artımı təlabatın azalmasına səbəb olub",

News365.az

Chosen
14
news365.az

1Sources