EN

Bakıda qadını döyən, digər iki şəxsə xəsarət yetirən 5 nəfər saxlanıldı

Oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla 5 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Chosen
4
20
nocomment.az

10Sources