ABŞ klubu “Hyuston Rokets”in 22 yaşlı türkiyəli basketbolçusu Alperen Şengün klubla 185 milyon dollarlıq müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyə idman tarixində imzalanan ən yüksək ödənişli müqavilədir.
5 illik sözləşməyə imza atan basketbolçunun son ilində bu klubda qalıb-qalmayacağına özü qərar verəcək.