EN

BMT: İsrail Cibaliyaya təcili giriş tələbimizi rədd etdi

BMT: İsrail Cibaliyaya təcili giriş tələbimizi rədd etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) Cibaliyaya təcili giriş tələbini rədd etdiyini bildirib.BMT sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.İsrailin Cibaliyaya giriş qadağasının insanların həyatı bahasına başa gəldiyinə diqqət çəkən Haq "İsrail 4 gündür dağıntılar altında olanlara kömək üçün müraciətimizi rədd edir" deyib.Haq qeyd edib ki, İsrail OCHA-nın da qida, su, dərman və yanacaq dəstəyi ilə təmin etmək üçün bu gün Cibaliyaya giriş tələbini rədd edib.Humanitar yardımların Cibaliya Qaçqınlar Düşərgəsinə daxil ola bilmədiyini və rabitə vasitələrinin yararsız hala düşdüyünü bildirən Haq, Qəzzanın şimalına edilən hücumların çox sayda insanın didərgin düşməsinə səbəb olduğunu vurğulayıb.Haq bildirib ki, BMT-nin Qəzzanın şimalı üçün koordinasiya etdiyi 23 humanitar yardım missiyası da İsrail tərəfindən əngəllənib və oktyabr ayında Qəzzada 66 humanitar yardım missiyasından yalnız 4-nə icazə verilib.Mənbə: AA

Chosen
15
afn.az

1Sources