EN

XVI BRİKS sammitində kimlər iştirak edəcəklər?

Hurriyyet.az xəbər verir ki, 22-24 oktyabr tarixlərində Kazan şəhərində keçiriləcək XVI BRİKS sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa iştirak edəcəklər. Braziliya Prezidenti Lulu da Silva səhhətindəki problemlərlə əlaqədar Rusiyaya səfər edə bilməyəcək, tədbirdə onlayn formatda iştirak edəcək.

İran Prezidenti Məsud Pezeşkianın, BƏƏ, Misir və Efiopiyanın liderlərinin tədbirdə iştirakı gözlənilir - bu dövlətlər 2024-cü il yanvarın 1-dən bəri təşkilatın üzvüdürlər.

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, MDB ölkələrinin liderləri - Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayen, Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdə iştirak edəcəklər.

ŞƏT, MDB, Avrasiya İqtisadi İttifaqı təşkilatlarının təmsilçiləri, BMT-nin Baş katibi Antoniu Quterriş, Monqolustan, Laos, Konqo, Boliviya, Fələstin prezidentləri, bir sıra dövlətlərin XİN rəhbərləri də tədbirdə iştirak edəcəklər.

Rusiya üçüncü dəfədir ki BRİKS üzvü olan dövlətlərin başçılarının əyani görüşünü təşkil edir. Bundan əvvəl Yekaterinburqda (16 iyun 2009) və Ufada (8-10 iyul 2015) BRİKS sammiti keçirilib. 2020-ci ilin iyulunda Sankt-Peterburqda keçirilməsi planlaşdıran sammit isə Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin noyabrında və onlayn rejimdə keçirilmişdi.

Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada keçirilən sammitində Azərbayca BRİKS-ə üzv olmaq istəyini bəyan edib, avqustun 20-də isə bununla bağlı rəsmi müraciət edib. Oktyabrın 8-də Prezident İlham Əliyevlə görüşü zamanı rusiyalı həmkarı Vladimir Putin onu tədbirə dəvət edib. 

Türkiyə dövləti də təşkilata üzv olmaq istəyini bəyan edib.

Hürr Tərcüman

Chosen
18
hurriyyet.az

1Sources