EN

Si Cinpin Rusiyaya getdi


Çin Prezidenti Si Cinpin BRİKS-in 16-cı sammitində iştirak etmək üçün Pekindən Kazana uçub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 22-24-də Çin lideri BRİKS ölkələrinin liderləri ilə mövcud beynəlxalq vəziyyət, praktiki əməkdaşlıq və təşkilati mexanizmlərin inkişafı, eləcə də ümumi maraq kəsb edən digər mühüm məsələlərlə bağlı dərin fikir mübadiləsi aparacaq.
Digər tərəfdən, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bazar ertəsi jurnalistlərə bildirib ki, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Si Cinpinlə danışıqlar aparacaq.
Qeyd edək ki, Rusiyanın təşkilata sədrliyinin əsas hadisəsi olan BRİKS-in XVI sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Xatırladaq ki, BRİKS təşkilatı 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə Cənubi Afrika da təşkilata qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub.
Kazan sammiti BRİKS-ə yeni üzvlərin də qoşualacağı ilk sammit olacaq. Sammitdə 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir.
Chosen
17
28
yeniavaz.com

10Sources