EN

Gürcüstan azərbaycanlıları Milli Konqresinin sədri: Xankəndiyə böyük sevgi və məhəbbətlə gəldim

Gürcüstan

Xankəndi, 22 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

“Xankəndiyə gəlmək bizdə böyük məhəbbət, sevgi hissi yaradır. Otuz il müddətdə bu yerlərin işğalda qalması hər bir azərbaycanlı kimi bizim də ürəyimizdə böyük ağrı idi. Lakin indi Qarabağ azaddır, əsl sahiblərindədir və bu, bizim üçün sevinclə bərabər qürur deməkdir”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağa səfər edən Gürcüstan azərbaycanlıları Milli Konqresin sədri Əli Babayev söyləyib.

“Uzun illər idi bir arzumuz var idi. Azərbaycanın ərazi bütövlüyü bərpa olunaydı və Qarabağ öz sahiblərinə qayıdaydı. Bu arzular artıq gerçəkləşib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu ədaləti bərpa edərək doğma torpaqları azad edib. Bu yerlər uğrunda Azərbaycan oğulları öz canından keçib və buna görə Qarabağın hər qarışı müqəddəsdir. Biz də bu müqəddəs torpaqları görmək üçün Gürcüstandan sevgi ilə səfərə gəlmişik. Şəhərdə bir çox yerləri gəzdik, Qarabağ Universitetində tələbələrlə görüş oldu, burada mindən çox tələbə təhsil alır və bu gənclərlə fəxr edirəm, onların hər biri qəhrəman və vətənpərvərdir”, - deyə o bildirib.

Əli Babayev bildirib ki, burada Azərbaycanın gələcəyi yetişir. Onun sözlərinə görə, Qarabağda görülən işlər onu göstərir ki, çox yaxın gələcəkdə Xankəndi də daxil olmaqla bütün azad edilən ərazilər gülüstana çevriləcək, çünki Qarabağ hər zaman Azərbaycanın əzəli torpaqları olub və bundan sonra da Qarabağ Azərbaycanın olacaq".

Chosen
47
azertag.az

1Sources