EN

"Apple" süni intellektdə lider olacaq -

"Apple" şirkətinin baş direktoru Tim Kuk yaxın vaxtlarda istifadəyə veriləcək "Apple Intelligence" platforması haqqında iddialı açıqlamalar verib. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Kupertinolu texnologiya nəhəngi öz süni intellekt platforması ilə yeni dövrə qədəm qoymağı hədəfləyir. Kuk "Apple"ın süni intellekt sahəsində lider olacağına inandığını bildirib. Hərçənd, bəzi mənbələrə görə "Apple" bu sahədə təxminən iki il geridədir, amma Tim Kuk bu fərqi əhəmiyyətli hesab etmir.O, "The Wall Street Journal"ə verdiyi müsahibəsində "Süni intellekti ilk inkişaf etdirən biz deyilik, lakin biz onu istifadəçilər üçün ən yaxşı olduğuna inandığımız şəkildə tərtib etdik. İlk olmamağımız bizi narahat etmir. Görünən odur ki, mükəmməl iş görmək üçün bir az vaxt tələb olunur", - deyə vurğulayıb.Tim Kuk "Apple Intelligence" texnologiyasının faydalarından danışıb, xüsusilə e-poçt xülasələrinin gündəlik vərdişlərə yeni baxış gətirəcəyini qeyd edib."Apple" CEO-su əlavə edib ki, məhsulun keyfiyyəti həmişə onların əsas prioriteti olub. Məqsədləri mükəmməl bir məhsul təqdim etməkdir. Kukun sözlərinə görə, "Apple Intelligence" müxtəlif regionlarda tədricən istifadəyə veriləcək və bu texnologiyalar zamanla insanların həyatına dərin təsir göstərəcək.

Qeyd edək ki, "Apple Intelligence" ilk dəfə şirkətin təqdimat tədbirlərində nümayiş olunub və onun 2024-cü il oktyabrın 28-də böyük versiyasının buraxılması gözlənilir. "Apple" son dövrlərdə süni intellekt modelləri üçün ciddi investisiyalar həyata keçirir.

Chosen
58
metbuat.az

1Sources