EN

Dəməşqdə "Hizbullah" komandiri öldürüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dəməşqdə İrandan Livana silah ötürülməsinə cavabdeh olan "Hizbullah" komandiri Məhəmməd Kasirin varisi məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, İsrailin Dəməşqdə avtomobilə endirdiyi hava zərbəsi "Hizbullah"ın 4400 bölməsinin yeni təyin olunmuş komandirini öldürüb.
İsrail ordusunun sözçüsü Daniel Haqarinin sözlərinə görə, öldürülən şəxs oktyabrın 1-də zərərsizləşdirilən bu bölmənin rəhbəri, təşkilat üçün silahların İrandan Livana daşınmasına cavabdeh olan Məhəmməd Kasirin varisi olub.
Chosen
6
1
oxu.az

10Sources