EN

Ərini öldürən qadına hökm oxundu

Sumqayıtda 41 bıçaq zərbəsi ilə ərini öldürməkdə ittiham olunan qadının məhkəməsi yekunlaşıb.

Bakıvaxtı.az bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Dövlət ittihamçısı Ə.Məmmədovaya Cinayət Məcəlləsinin (CM) 122-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.

Müdafiə tərəfi CM-nin 79-cu maddəsinin tətbiq edilməsini və Ə.Məmmədovanın övladının 14 yaşa çatana qədər cəzanın təxirə salınmasını xahiş edib. Məhkəmə müşavirədən sonra Ə.Məmmədovanı CM-nin 122-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib./apa

Chosen
16
6
bakivaxti.az

10Sources