EN

Cüdo birinciliyi keçiriləcək

Oktybarda 22-23-də Azərbaycan Cüdo Federasiyası və Təhsil Respublika İdman Mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Bakıdan və regionlardan 13 idman təşkilatından olan 170 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Turnirdə yeniyetmə oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qeyd edək ki, yarış “Zuğulba” tədris-idman bazasında keçiriləcək.

İdman.biz

Chosen
4
9
idman.biz

10Sources