EN

Sumqayıtda avtomobil 88 yaşlı piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

"Nissan Note” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.

88 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
4
far.az

8Sources