EN

Bakıda çılpaq gəzən şəxs tibb müəssisəsinə yerləşdiriləcək – VİDEO

Bakının mərkəzi küçələrində – Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

Chosen
9
25
medianews.az

10Sources