EN

Sahibə Qafarova Cahit Bağçını qəbul edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Parlamentin sədri Sahibə Qafarovanı bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edən səfir, ötən dövrdə Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin "Bir millət, iki dövlət" şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova, ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduğunu vurğulayıb. Spiker qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir.

O qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşanlar var. Həmçinin, bəzi dairələr Azərbaycan və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlara söykənən siyasətlərinə təsir etməyə cəhd edirlər. Sahibə Qafarova bu cür cəhdlərin heç bir nəticə verməyəcəyini, dövlətlərimizin inkişaf yolunda inamla addımlamağa davam edəcəyini vurğulayıb.

"Cebheinfo.az"

Chosen
6
14
cebheinfo.az

10Sources