EN

UNEC-də yeni təyinat olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.
Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, Rövnəq Rzayev 1970-ci il fevralın 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in "Fizika və kimya" kafedrasına rəhbərlik edib. 2020-ci ildən UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Chosen
5
1
oxu.az

10Sources