EN

Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək

Bakı. Trend:

Alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnızarağa şamil edilən qaydadır.

Trend xəbərverir ki, bunu Milli Məclisdə İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehlakçılarınhüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyinmüzakirəsində komitənin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu məsələnin həssaslığı əvvəlcədənnəzərə alınıb:

“Burada seqmentlər çox genişdir. Bu layihə Prezidentin tapşırığıəsasında hazırlanıb. Bu tapşırıqda məhsulun pərakəndə satış qiymətinəzərdə tutulub. Minimum qiymət müəyyən olunarkən bunun qaydalarınəzərə alınacaq. Bunun da meyarları müəyyənləşdiriləcək. Qiymətinformalaşmasının prinsiplərinə görə istehsalçı müəssisənin mayadəyəri, istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisəninözünün qoyduğu qiymət (ƏDV-li, ƏDV-siz) nəzərə alınacaq. Topdansatış mərhələsində artıq formalaşmış qiymət də nəzərə alınacaq. Buqanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsiqaydası hazırlanacaq. Əsas məsələ keyfiyyətsiz məhsul istehsaledənlərin bazara daxil olmasıdır. Çünki bu məhsullar bazara daxilolanda, bazardan çıxarılanda da müəyyən ziyanlar verir və qanunsuzsahibkarlığa səbəb olur. İnzibati Xətalar Məcəlləsində bu qanunupozanlar üçün çox yüksək məbləğdə sanksiyalar nəzərdə tutulacaq.Minimum qiymət artımı qiymət artımına səbəb ola bilər. Burada həmdə xərclərin uçotu gedəcək. İstehsalçılar da rəsmi uçotda olacaq.Bu şərtlərə görə qiymət artımı ola biləcək. Bazarda elə qiymətəaraqlar var ki, litri 1 manatdır. Amma hazırda 1 litr arağın aksizvergisi 4 manat 18 qəpikdir. Bu qiymətdən aşağı olan məhsullarkeyfiyyətsizdir. Xırda sahibkar qanunsuz sahibkardırsa, vəkeyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerliistehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edəbilirlər, stabil bazarları var, amma onlar yerli bazarda özməhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuzsahibkarlıqdır”.

Chosen
8
14
az.trend.az

10Sources