EN

Mənsum İbrahimov bu video ilə bağlı şikayət etdi

Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.

Oxu24.com xəbər verir ki, o, Modern.az-a açıqlamasında sosial şəbəkələrdə ona qarşı məqsədli qara piar kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib.

“Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər” - deyə M.İbrahimov vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvələrində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.

 

Chosen
9
33
oxu24.com

10Sources