EN

Azərbaycanda bədbəxt hadisə: su çəninin altında qalıb öldü 

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans.az  qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun İmirli kəndində qeydə alınıb.

Belə ki, S.Yaqubovun həyətində işləyən 1984-cü il təvəllüdlü qonşusu Kamran İbrahim oğlu Məmmədov ehtiyatsızlıqdan su çəninin altında qalıb.

Nəticədə K.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Chosen
7
14
referans.az

10Sources