EN

Gülən öldü: Dava başladı - Meyit qaçırıla bilər

​​​​​​​FETÖ lideri Fətullah Gülənin ölümündən sonra təşkilatda hakimiyyət uğrundə mübarizə başlayıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, təhlükəsizlik mənbələri Gülənin oktyabrın 20-də öldüyünü bildirib. Mənbələr qeyd edib ki, Gülənin ölümünün elan edilib-edilməməsi ilə bağlı təşkilat daxilində böyük müzakirələr gedib.

Xəstəliklərinin ağırlaşmasına səbəb olan dərmanları Fətullah Gülənə verən ətrafındakılar xəbərin gizlədilə bilməyəcəyinə qərar veriblər.

Bildirilib ki, Gülənin psixi cəhətdən sağlam olmadığı məlum olub və “Uzun Cövdət” ləqəbli Cevdet Türkyolunun təşkilata maddi yardımın kəsilməməsi səbəbi ilə ona sağlam görünməsi üçün dərman verdiyi və təşkilatın dağılmasının qarşısını almaq üçün daha əvvəl çəkilmiş videoları sanki yeniymiş kimi yayımladığı üzə çıxıb.

Mənbələrin bildirdiyinə görə, Türkyolu həm Güləni, həm də təşkilatın pullarını özünəməxsus şəkildə idarə etmək üçün hətta onu Pensilvaniyadakı fermadan qaçıraraq kürəkəninin evinə aparıb.

Təşkilat rəhbərinin harada dəfn ediləcəyi, namazı kimin qılacağı və dəfn mərasiminə kimin qatılacağı da müzakirə mövzusu olub.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Cevdet Türkyolu cənazənin bir an əvvəl öz nəzarəti altında torpağa tapşırılmasını istəyir, lakin əksəriyyət Avropadan gələnlərin gözlənilməsinin tərəfdarıdır.

Cevdet Türkyolunun yalandan göstəriş üçün cənazə təşkil edəcəyi və cənazəni qaçıracağı ilə bağlı xəbərlər ortaya çıxıb.

Təşkilat daxilində məzarın bilinməməsi ilə bağlı isə ümumi bir qərar var.

Dəfn mərasiminin çox az sayda insanın iştirakı ilə keçirilməsi və son məskunlaşdığı Cövdət Türkyolunun kürəkəninin evinin daxilindəki meşəlik ərazidə dəfn edilməsi planlaşdırılıb.

Fəthullah Gülən vəfat edəndə təşkilatın sahib olduğu pulları kimin ələ keçirəcəyi və kimin idarə edəcəyi ilə bağlı böyük çəkişmələr olub.

Gülənin ölümündən sonra hakimiyyəti əldə saxlamağa çalışan Türkyolu əslində nümayəndə heyətinin yaşlı üzvləri tərəfindən istənmir. Artıq Cevdet Türkyolunu zərərsizləşdirmək üçün təşkilat daxilində lobbiçilik başlayıb.

Daha yüksək səviyyədə olan insanlar pula nəzarət etmək istəsələr də, pulun böyük hissəsinə Gülənin səhhəti pisləşdiyi üçün onu nəzarətə götürən Cevdet Türkyolu nəzarət edir. C.Türkyolu pulu öz qruplaşmalarını nəzarətdə saxlamaq üçün istifadə edir.

Təşkilatın idarə heyətinin digər üzvləri də Cevdet Türkyolunun pula nəzarət etdiyini bilir və bu vəziyyətdən şikayətlənib. Qurumun Avropa təşkilatın idarə edən Abdullah Aymazın ABŞ təşkilanın rəhbəri Cevdet Türkyolu və onun yanındakı Mustafa Özcanın təsirini qırmaq üçün sıx cəhd göstərdiyi məlum olub. Belə ki, təşkilat daxilində hakimiyyəti əldə saxlamaq istəyənlər arasında döyüşlər, hətta sui-qəsdlərlərin olacağı gözlənilir. Təşkilatda olan Mustafa Yeşil, Ali Ursavaş, Barbaros Kocakurt, Talip Büyük, Bilal Karaduman və İsmail Cingöz Abdullah Aymazla birlikdə hərəkət edir.

Bu adların qarşılığında “Zaman” qəzetinin keçmiş baş redaktoru Əkrəm Dumanlı, İsmət Aksoy, Adem Kalaç, Naci Tosun, Muhammed Çətin Cevdet Türkyolu və Mustafa Özcanla hərəkət edir.

Təhlükəsizlik mənbələri bildirir ki, təşkilat daxilindəki bu ayrılığın Avropa ilə ABŞ arasında ayrılıq kimi baş verəcəyi, Afrika ölkələrindəki fəaliyyətlərin Avropanın təsiri altında qalacağı, Asiyadakı fəaliyyətlərin isə ABŞ-nin nəzarətinə keçəcəyi gözlənilir.

Mina Mikayılova

Chosen
16
3
bakivaxti.az

4Sources