EN

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi yekunlaşmaq üzrədir

“Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin icrası tamamlanmaq üzrədir, hal-hazırda məktəblərdə yekun tədbirlər keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə layihə rəhbəri N.Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 18 oktyabr 2024-cü il ildə “Oriqami” QHT Sabunçu rayonu Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 № li tam orta məktəbdə  yekun tədbir keçirib. 18.10.2024-cü il saat 15-00- da məktəbin VI, VII, VIII sinif şagirdlərindən ibarət 47 nəfər  şagird idman zalına  toplaşıblar. Məktəbin Fiziki tərbiyə muəllimləri O.Bağırov, T.Quliyev yekun tədbirin keçirilməsi üçün idman zalını hazırlayıb, əlavə masa və stullar  qoyulmuş, zalda təmizlik yaradılıb. Masaların üstünə şahmat  və domino dəstləri qoyulub.

“Oriqami ” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün  Roll up gətirib, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd  iştirakçı Sertifikatı, Vımpe l, 11 dəst Şahmat,11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri - İnteraktiv  “Çarpaz qollar” və Böyük Domino" oyun və əyləncə dəstləri gətirib. Yekun tədbiri giriş sözü ilə 130 № li tam orta məktəbin məktəbdənkənar və sinifdənxarıc tərbiyə üsrə təşkilatçı X.Məhərrəmova açdı. O, şagirdlərin layihənin icrasında fəallığını qeyd etdi, onlara asudə vaxtdan səmərəli istifadə etməyi və  intellektual səviyyələrini artırmağı tovsiyyə etdi. Tədbirdə layihə rəhbəri N.Nəcəfov çıxış etdi. O dedi ki, layihə məktəblilərin davamlı inkişafı məqsədini daşıyır.Şagirdlərə intellektual səviyyələrini artırmağa kömək edir.

Sonra  yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə  şahmat oyununa, böyük domino, qruplara bölünüb komanda domino yarışına qatıldılar..Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və böyük həvəslə yarışmağa başladılar. C.Cabbarlı adına 187 № li tam orta məktəbin 47 şagirdinə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin yekun tədbirində hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında   məktəbin direktoru G.Hənifəyeva, TTDM T.Cəbiyeva, UBTR X.Məhərrəmova, F/t tərbiyə müəllimləri O.Bağırov, T.Quliyev iştirak etdilər. Yekun tədbirin sonunda layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.

"Cebheinfo.az"

Chosen
5
5
cebheinfo.az

10Sources