EN

Avstraliyada İngiltərə kralına sert reaksiya: Bura sizin torpağınız deyil

Avstraliyada İngiltərə kralına sert reaksiya: Bura sizin torpağınız deyil

Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp ölkəsinə səfər edən İngiltərə kralı III Çarlzın parlamentdəki çıxışına sərt reaksiya verib."Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən" - deyə senator kralın çıxışına münasibətini bildirib. Yerli mətbuatda yer alan xəbərlərə görə, Kral Çarlz ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada Avstraliyanın baş naziri Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton tərəfindən qarşılanıb.Kral Çarlz Avstraliya parlamentində çıxış edib. O, Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığından və Birinci Millətlər Təşkilatının yerli əhalisindən danışıb. Kral Çarlz çıxışını bitirdikdən sonra tribunadan çıxarkən aborigen senator Lidiya Torp platformaya yaxınlaşaraq ona etirazını bildirib: "Xalqımıza qarşı soyqırım etdin. Torpaqlarımızı geri ver. Bizdən oğurladıqlarını bizə qaytar. Torpaqlarımızı məhv etdin. Biz bu ölkədə müqavilə istəyirik. Siz soyqırımçısınız".Daha sonra senator Torp mühafizəçilərin müşayiəti ilə parlamentdən çıxarılıb.

Chosen
7
1
afn.az

4Sources