FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ölüb.
APA CNN Türkə istinadən xəbər verir ki, bu barədə FETÖ rəhbərinin qohumu Ebuseleme Gülen sosial media hesabında paylaşım edib.
Onun ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb.
***
09:20
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ölüm xəbəri yayılıb.
APA "A haber"ə istinadən xəbər verir ki, bu barədə FETÖ-nün mətbuat orqanı olan "Herkül" saytı məlumat yayıb.
Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb. F.Gülenin böyrək çatışmazlığı, şəkər xəstəliyi və demensiyadan əziyyət çəkdiyi qeyd edilib.