EN

Axtarışda olan 58 nəfər TUTULDU

Oktyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Bizim.Media

Chosen
8
49
bizim.media

10Sources