Bakı. Trend:
Oktyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 41,əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polisəməkdaşları tərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədənborclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.