EN

Erməni vandalizminin izləri: Mincivan qəsəbəsi – VİDEO

30 ilə yaxın davam edən işğal dönəmində Ermənistan Azərbaycanın bir sıra rayon və kəndlərində misli görülməmiş vandallıq aktları törədib.

Bizim.Media xəbər verir ki, erməni vəhşiliyinin qurbanı olmuş yaşayış məntəqələrimizdən biri də Zəngilan rayonunun Mincivan qəsəbəsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsinin xronikası: 21 oktyabr – VİDEO


Qeyd edək ki, qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub.

Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar.

Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu. 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi düşmən işğalından azad edilib.


Bizim.Media

Chosen
3
20
bizim.media

10Sources