Referendumda Moldova vətəndaşlarının 51,8 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 48,2 faizi isə bunu dəstəkləyib.
APA xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 95%-i sayılmasından sonra dərc edilib.
Qeyd edək ki, referendum Moldovada prezident seçkiləri ilə eyni vaxtda keçirilir.
***
23:47
Ölkədə keçirilən referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Avropa İttifaqına daxil olmasının əleyhinə səs verib.
APA xəbər verir ki, referendumda iştirak edən vətəndaşların 44%-i isə ölkənin Aİ-yə daxil olmasını dəstəkləyib.
Bununla bağlı ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 54 %-nin sayılmasından sonra dərc edilib.