EN

İsrail təyyarələri "Hizbullah"ın vacib obyektini vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr "Hizbullah" təşkilatının obyektinə hücum edib. SİA xəbər verir ki, bu barədə hadisə şahidlərdən biri TASS-a məlumat verib. Bildirilib ki, partlayış yerindən qatı qara tüstü yüksəlib.

Zərbə Beyrutun cənubunda Rafik Həriri Beynəlxalq Hava Limanından 500 metr aralıda yerləşən obyektə endirilib. "Görünür, Təhvita əl-Qədir bölgəsində yerləşən yanacaqdoldurma məntəqəsi vurulub", - hadisə şahidi deyib.

Onun sözlərinə görə, partlayışlar hava limanına gedən yolda yerləşən Hay əs-Sallumun qonşu məhəlləsindən törədilib.

Chosen
15
1
sia.az

2Sources