AZ

İsrail təyyarələri "Hizbullah"ın vacib obyektini VURDU

İsrail Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr "Hizbullah" təşkilatının obyektinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə hadisə şahidlərdən biri TASS-a məlumat verib.

Bildirilib ki, partlayış yerindən qatı qara tüstü yüksəlib.

Zərbə Beyrutun cənubunda Rafik Həriri Beynəlxalq Hava Limanından 500 metr aralıda yerləşən obyektə endirilib.

"Görünür, Təhvita əl-Qədir bölgəsində yerləşən yanacaqdoldurma məntəqəsi vurulub", - hadisə şahidi deyib.

Seçilən
27
1
publika.az

2Mənbələr