EN

Livandan İsrailə 160-a yaxın raket və mərmi atılıb

Bakı. Trend:

Livandan İsrailə 160 raket və mərmi atılıb.

Trend xəbər verirki, İsrail ordusunun mətbuat xidmətinə əsasən, günün əvvəlindən"Hizbullah" yaraqlıları tərəfindən Livandan İsrail ərazisinə 160-ayaxın mərmi və raket atılması qeydə alınıb.

Bu məlumat yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 16:00) olanvəziyyətə aiddir. Verilən məlumata görə, raketlərin bir hissəsiİsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib, lakin atışlarnəticəsində bəzi bölgələrdə yanğınlar başlayıb.

"İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri hücumunnəticəsində meydana gələn yanğınların söndürülməsi üçün iş aparır",- mətbuat xidməti məlumat yayıb.

Hərbçilər İsrailin şimalındakı Qərb və Yuxarı Qalilebölgələrində hava hücumu sirenlərinin səsləndiyini və bir neçəmərminin bu ərazilərə düşdüyünü qeyd ediblər.

Chosen
71
2
az.trend.az

7Sources