Azərbaycan Premyer Liqasının X turunun "Sumqayıt" - "Turan Tovuz" oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Milli.Az Futbolpress.az-a istinadla xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşdü...
- İki fərqli hissə izlədik. "Zirə" ilə birinci hissədə pis oynamışdıqsa, bu dəfə əksi oldu. İkinci hissədə əvəzetmələrdən sonra yaxşı oynamadıq. Səbəbi axtaracağıq.
- Müdafiədə səhvlər olurdu. Komandanın müdafiə baxımından zəiflədiyini düşünürsünüz?
- Yalnız müdafiə xəttini demk olmaz. Müdafiə komanda şəklində olur. Burda problemlər var.
- Birdən-birə 4 əvəzetmə bununla bağlı idi?
- Rəqib boşluqlar tapırdı. Ona görə əvəzetmələr etdik. Təəssüf ki, pis alındı. "Zirə" ilə matçda məhz bu oyunçular faydalı olmuşdu.
- "Sumqayıt" yeni baş məşqçi ilə oyuna çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?
- "Sumqayıt" haqda danışmayacam.
- Avqustdakı oyunda Tovuzda bir qolla qazanmışdınız, bu gün 4. Komandada böyümə hiss edirsiniz?
- Fərqli oyunlar idi. İndi daha müdrik oynamağa başlamışıq. Həm müdafiədə, həm də hücumda. Tovuzda da, burda da ikinci hissənin əvvəlini uduzmuşduq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun