EN

Livandan İsrailə 160 raket və mərmi atıldı

İsrail hərbçiləri Livandan İsrailə doğru "Hizbullah" yaraqlılarının 160-a yaxın mərmi və raket atmasını qeydə alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu məlumat yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 16:00) aiddir.

Məlumata görə, raketlərin bir hissəsi İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib, atəşə tutulması nəticəsində bəzi bölgələrdə yanğınlar başlayıb.

"İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri hücum nəticəsində bu ərazilərdə baş vermiş çoxsaylı yanğınların söndürülməsi üçün çalışır", - məlumatda bildirilir.

Hərbçilər İsrailin şimalındakı Qərb və Yuxarı Qalile bölgələrində hava hücumu sirenlərinin səsləndiyini bildirib.

"Bu ərazilərə bir neçə mərmi düşməsi qeydə alınıb", - mətbuat xidməti qeyd edib


Müəllif: Teleqraf.com
Chosen
40
2
teleqraf.com

7Sources