EN

Mahir Almaniya çempionatında vurduğu ilk qoldan danışdı

style='margin-bottom:10px;'>

Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik”.

QOL.az xəbər verir ki, bu sözləri “Nürnberq”in hücumçusu Mahir Emreli 2-ci bundesliqanın 9-cu turunun bu gün “Qroyter”ə qarşı keçirilən derbi oyununda (4:0) sonra deyib. 

Klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan millisinin hücumçusu həmçinin deyib: “İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik”.

27 yaşlı futbolçu 13-cü dəqiqədə gözəl qolla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. Bu barədə də danışan Emreli bildirib: 

“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir”.

Chosen
17
1
teleqraf.com

3Sources