EN

Nazirlik: "Qəzzada hər gün 80-dən çox fələstinli ölür"

İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb.

Bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, – deyə idarənin Telegram kanalında dərc olunan xülasədə bildirilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən İsrailin təcavüzü qurbanlarının ümumi sayı 42 603 nəfərə çatıb, 99 795 nəfər yaralanıb.

Chosen
3
10
news365.az

10Sources