EN

Samur-Abşeron kanalından meyiti tapılan qadının kimliyi məlum oldu

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində metiyi tapılan şəxsin kimliyi müəyyənləşib.

APA xəbər verir ki, meyiti tapılan şəxsin 1995-ci il təvəllüdlü, Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızı olduğu bəlli olub.

Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı K. Cəfərovann hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
13
3
azpolitika.info

10Sources