EN

Salyanda 51 yaşlı kişi qətlə yetirilib

Salyanda

Salyan, 20 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Ötən gün axşam saatlarında Salyan şəhəri T.Xəlilbəyli keçəsində Salyan rayon sakini 1973-ci il təvəllüdlü Əziz Salayevin meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
21
6
azertag.az

10Sources