Həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin doğum günü olub.
Referans.az sia.az-a istinadən xəbər verir ki, müğənni Rəksanə İsmayılova bununla bağlı paylaşım edib. O, Sueli doğum günündə yalnız buraxmamaq üçün yanında olduğunu bildirib və onu təbrik edib: "Bu gün Suelin ad günüdür. Onu tək qoymamaq üçün Bakıda yanındayam. Ad günün mübarək gözəl qızım" deyə müğənni paylaşımında qeyd edib.
Xatırladaq ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Onun azyaşlı övladı dövlət himayəsində olsa da yetkinlik yaşına çatmış qızı Suel öz istəyi ilə müğənni Rəqsanə İsmayılovanın yanında qalır.