EN

Norris ABŞ Qran-prisinin sıralama turunda qalib olub

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris 2024-cü il “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının 19-cu mərhələsi olan ABŞ Qran-prisinin sıralama turunda qalib gəlib.

“Far.Az” xəbər verir ki, ikinci yeri hazırkı dünya çempionu “Red Bull” komandasından niderlandlı Maks Ferstappen tutub. Üçüncü yeri isə “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns qazanıb.

Daha əvvəl sprint yarışı keçirilib və bu yarışın qalibi Ferstappen olub.

Əsas yarış bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Chosen
46
3
far.az

5Sources