EN

Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirinə QATILIB

Ermənistanın Mərakeşdəki hərbi nümayəndə heyəti beynəlxalq missiyalar çərçivəsində NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edib.

Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada NATO-nun Əməliyyat Potensialı Konsepsiyasının illik konfransında iştirak edib. Tədbir çərçivəsində NATO-nun tərəfdaş ölkələrinin bölmələri beynəlxalq missiyalarda NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsindən keçiblər.

Bizim.Media

Chosen
12
4
bizim.media

10Sources