Bütün 525 nömrəli avtobus tipli köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur.Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov Trend-in sualına cavab olaraq deyib.O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib."Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır".