EN

Əskişəhərdə “Naxçıvan – türk dünyasına açılan qapı” adlı panel keçirilib

Türkiyənin Əskişəhər şəhərində Azərbaycanın Ankaradakı səfirliyinin iştirakı ilə “Naxçıvan – türk dünyasına açılan qapı” adlı panel keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidməti bildirib.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi və Əskişəhər Azərbaycanlılar Dərnəyinin əməkdaşlığı ilə Əskişəhər Özdilek Mədəniyyət və İncəsənət Mərkəzində təşkil olunmuş “Naxçıvan – türk dünyasına açılan qapı” adlı panelə səfirlik olaraq qatıldıq”, – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün paytaxt Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində yerləşən Qarabağ toplantı salonunda 18 oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunmuşdu.

Chosen
20
1
far.az

2Sources