EN

Bu ölkədə İES-də qəza: elektrik sistemi tamamilə çökdü

Kubanın Matanzas şəhərində istilik elektrik stansiyasında (İES) qəza baş verib.

Axar.az xəbər verir ki, bu barədə Kubanın Energetika və Dağ Sənayesi Nazirliyi X hesabında məlumat yayıb.

Məlumata görə, baş vermiş qəza səbəbindən ölkənin milli enerji sistemi tamamilə çöküb.

Energetika Nazirliyi elektrik enerjisinin bərpası üzərində işlərin davam etdiyini bildirib.

Qeyd olunur ki, qəzaya səbəb ABŞ-ın tətbiq etdiyi "iqtisadi təqib"dir:

"Bu, Kubaya yanacaq və digər resursların idxalını çətinləşdirir”.

Chosen
20
2
axar.az

3Sources