EN

“Pandemiya qaçılmazdır”: HESABAT

EDnews xəbər verir ki, “The Telegraph” Bəşəriyyəti təhdid edən infeksiyalar barədə mütəxəssislərin rəyinə əsaslanan hesabat hazırlayıb.

Hesabatın diqqətçəkən məqamlarını diqqətinizə çatdırırıq.

 

Xəstəliklərin qlobal arealı olan epidemiyalara hazırlaşmaq üçün tədbirlərin gücləndirilməsi vacibdir. Hazırda dünya epidemiyaların təsir arealını artıran bir sıra faktora malikdir:

- urbanizasiya,

-  kənd təsərrüfatı texnologiyalarının aktiv inkişafı,

- süni intellektdən istifadə.

 

"Bu faktorlar ABŞ-da yoluxmuş mal-qara və quşlardan insanlara yayılmaqda davam edən yeni qlobal təhlükə, H5N1 “quş qripi” riski fonunda səngimir,əksinə məişətdə daha aktiv rol oynayır. Bundan əlavə, Mərkəzi Afrikada “meymun çiçəyi” xəstəliyinin yeni ştammı sürətlə yayılır".

Ekspertlər Ebola virusu ilə əlaqəli olan Marburq virusunu da bu qrupa aid edirlər. Ruandada bu xəstəlikdən ölənlərin sayı 10-u ötüb.

"İnsanların həyat tərzində dəyişikliklər və təbii mühitə davamlı təsirlər qlobal riskləri dəyişir, yeni patogenlərin yaranma ehtimalını artırır".

COVID-19 praktikasına baxmayaraq tədqiqatçılar dünyanın  yeni infeksiyalara hazır olmadığını vurğulayırlar. Yeni epidemiya riski  isə hələ də yüksək olaraq qalır.

Bəşəriyyət xəstələnmə və ölüm hallarını, həmçinin beynəlxalq sağlamlıq standartlarını azaldan tibbi tədbirlər vasitəsilə erkən epidemiyaların qarşısını almağı öyrənsə də, ekspertlər növbəti pandemiyaya qarşı planlaşdırılma aparılmasa, onun bəşəriyyətə daha böyük zərər vuracağını xüsusilə vurğulayırlar.

Chosen
19
13
ednews.net

10Sources