EN

Rusiyada zavodda partlayış oldu

Rusiyanın Rostov-na-Donu şəhərindəki maşınqayırma zavodunun ərazisində partlayış olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Şəhərin sənaye zonasında qeydə alınan partlayışdan sonra yanğın başlayıb. Yanğının söndürülməsi yönündə işlər görülür.

Yanğının metal-plastik pəncərələrin istehsalı sexində baş verdiyi deyilir.

Hadisənin baş vermə şəraiti və səbəbləri hələlik məlum deyil. Ölənlər barədə məlumat yoxdur.//Unikal

Chosen
4
2
konkret.az

4Sources