Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş “N” saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.
Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.
Son Yazılar:
- Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldıldı
- HƏMAS-ın yeni lideri kimdir? – DOSYE
- Onlayn ayaqqabı sifariş vermişdi, qutudan çıxanlardan ŞOK OLDU
Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır.
Xatırladaq ki, kapitan Vüsal Əliyev təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı – 4 il azadlıqdan məhrumetmə cəzası verilib.