AZ

Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş "N" saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.
Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.
Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır.
Xatırladaq ki, kapitan Vüsal Əliyev təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
Seçilən
16
27
oxu.az

10Mənbələr