EN

Amerikalı üzgüçü dünya rekordçusu olub

Amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəni kompleks üzmədə 55,98 saniyəyə qət edərək yeni dünya rekordçusu olub.

"Report"un məlumatına görə, idmançı bunu "Virciniya Universiteti" və "Florida" komandalarının görüşündə reallaşdırıb.

Əvvəlki rekord 2017-ci ildə 56,51 saniyə göstərici ilə macarıstanlı üzgüçü Katinka Hossuya məxsus idi.

Qretçen Uolş tarixdə bu növdə məsafəni 56 saniyədən az vaxtda qət edən ilk qadın üzgüçü olub. O, bu nəticədən sonra həmyerlisi Keyt Duqlasın (56,99 saniyə) ölkədaxili yarışlardakı rekordunu da qırıb.

Qeyd edək ki, 2023-cü ildə Q.Uolş üzgüçülük üzrə dünya çempionu olub, həmçinin 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanıb.

Chosen
7
8
sam.az

9Sources