Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecÉ™ 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer tÉ™zyiqi 763 mm civÉ™ sütunundan 766 mm civÉ™ sütununa yüksÉ™lÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecÉ™ 9-13° isti, gündüz 14-18° isti, daÄŸlarda gecÉ™ 1° ÅŸaxtadan 4°-dÉ™k isti, gündüz 4-7° isti olacaq.
Bizim.Media